DİN: Ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
Bakı, 1 oktyabr, AZƏRTAC
Sentyabrın 30-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədən borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 38 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Ələtdə evdə üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb - YENİLƏNİB
Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb