×
A
A
A
Sazlamalar

Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 222 nəfər saxlanılıb VİDEO

Bakı, 1 oktyabr, AZƏRTAC

Suraxanı rayonunda avqust-sentyabr aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq və cibgirlik cinayətləri edən 222 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin əməkdaşlarının avqust-sentyabr ayları ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq və cibgirlik cinayətləri törədən ümumilikdə 222 nəfər saxlanılıb. Həmin şəxslərdən 188-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 110-u barəsində məhkəmə tərəfindən həbs, 78-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlarda ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Qeyd edilən dövrdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Bülbülə qəsəbələrində yerləşən evlərdən, mağazalardan pul, qızıl-zinət əşyaları və su sayğacları oğurlayan, habelə quldurluq törədən 34 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 51 obyekti qarət etdikləri müəyyənləşdirilib.
Aşkarlanan bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

 

Hadisə 2022-10-01 10:43:00

Video