Gömrükçülər narkotik vasitə aşkarlayıblar
Bakı, 30 sentyabr, AZƏRTAC
Gömrükçülər narkotik vasitə aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda ölkəmizdən tranzit keçməklə, İran İslam Respublikasından Gürcüstana mal qismində minik maşını aparan “DAF" markalı yük nəqliyyat vasitəsinə kinoloji xidməti it tətbiq edilməklə baxış keçirilib. Xidməti itin avtomobilin qoşqusuna verdiyi reaksiya əsasında gömrük yoxlaması aparılıb. Bu zaman avtomobilin qoşqusunda olan minik maşınının yük yerində gömrük nəzarətindən gizlədilən, ağ rəngli salfet kağıza bükülü 1 ədəd bağlamada, ümumi çəkisi 16 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda 15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb