Səkkiz ayda Azərkosmos 17,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib
Bakı, 30 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında Azərkosmos tərəfindən dünyanın 36 ölkəsinə 17,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizidir. Avqustda Azərkosmos dünyanın 33 ölkəsinə 2,1 milyon dollar dəyərində xidmət ixrac edib.
Səkkiz ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 4,4 milyon dollar ilə Birləşmiş Krallıq, 3,5 milyon dollar ilə Fransa, 2,9 milyon dollar ilə Lüksemburq, 1,6 milyon dollar ilə BƏƏ və 956,7 min dollar ilə Pakistan qərarlaşıb.
“Microsoft” şirkətinin məhsulu olan “Outlook”da kritik boşluq aşkarlanıb - Xəbərdarlıq
® "Gələcək üçün kodlaşdır" hakatonunun qalibləri mükafatlandırıldı
“Azərkosmos” İsrailin “Spacecom” peyk operatoru ilə əməkdaşlıq müqaviləsi imzalayıb