Özbəkistanın Turin Politexnik Universitetinin professoru BDU-da ustad dərsi keçib
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Özbəkistanın Turin Politexnik Universitetinin professoru Davron Matrasulov “Kvant elmindən kvant texnologiyalarına” (From quantum science to quantum technologies) mövzusunda BDU əməkdaşları və tədqiqatçıları üçün ustad dərsi keçib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Məruzəçi kvant elmi və texnologiyasının müasir inkişafı və problemlərinə toxunaraq klassik və kvant ölçüləri, hissəciyin vəziyyətinin təyini ilə bağlı klassik və kvant təsəvvürlər, onların təsvir formaları, kvant paradokslar, hərəkətin əsas tənlikləri haqqında danışıb.
Ustad dərsində kvant sensorlar, kvant metrologiyası, kriptoqrafiyası və kompüterləri, təkfotonlu kvant hesablaması, kvant informasiyalarının kvant şəbəkəsi, şəbəkədə hissəciklərin tənliklərinin kvant qrafları vasitəsi ilə ifadə olunması, həqiqi xətt üzərində şəffaf sərhəd şərtlərinin qurulması və bu kimi digər maraqlı faktlar iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, klassik kompüterlərin milyon ildə görə biləcəyi işi kvant kompüterləri saniyələr içində edə bildiyindən kvant texnologiyası ilə yeni dövrə keçid baş verir.
Sonra Davron Matrasulov sualları cavablandırıb.
NASA bəşəriyyətin Aya qayıtması üçün yeni nəsil skafandr təqdim edib
UNEC-in komandası “TEXNOFEST”in finalına yüksəlib
Tokio hava limanında ən böyük günəş paneli quraşdırılacaq
“OneWeb” qlobal internetdə hegemonluğa yaxındır
“Tesla” daha ucuz və mükəmməl batareya istehsal etmək üçün Asiya şirkətlərinə müraciət edir