×
A
A
A
Sazlamalar

İsmayıllıda 10 min tondan çox kartof istehsal olunub

İsmayıllı, 30 sentyabr, AZƏRTAC
İsmayıllı rayonunun torpaq mülkiyyətçiləri kartof yığımını yekunlaşdırıblar, sahələrdən 10 min 542 ton məhsul götürülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə bölgədə 726 hektar sahədə kartof yetişdirilmişdi. İyun ayından etibarən məhsul yığımına başlanılmışdı. Rayon üzrə hər hektardan götürülən orta məhsuldarlıq 145 sentner təşkil edib. Bir sıra ərazilərdə, o cümlədən Qurbanəfəndi, Yuxarı Zərnava, Burovdal, Həftəsol və bir sıra digər ərazi icra nümayəndəliklərində məhsuldarlıq daha yüksək olub.

Kənd təsərrüfatı 2022-09-30 10:21:00