×
A
A
A
Sazlamalar

Xocavənd gəncləri sağlam həyat tərzi ilə bağlı maarifləndirici aksiya keçiriblər

Beyləqan, 30 sentyabr, AZƏRTAC

Xocavənd Rayon Gənclər və İdman İdarəsi sağlam həyat tərzi və davranış risk amilləri barədə gənclərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə aksiya keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Xocavənd Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və gənc könüllüləri xocavəndlilərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə maarifləndirici söhbətlər aparıblar. Sakinlərə sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici bukletlər paylanılıb.

Regionlar 2022-09-30 07:18:00