×
A
A
A
Sazlamalar

Azərbaycan idmançıları MMA üzrə Avropa çempionatında 5 medal qazanıblar

Bakı, 30 sentyabr, AZƏRTAC

Tbilisidə keçirilən MMA idman növü üzrə Avropa çempionatında Azərbaycan idmançıları 5 medal qazanıblar.
AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, Yusif Əliyev (56 kq) qızıl, Fərman Həsənov (83 kq) gümüş, İmran Abbasquliyev (70 kq), Tahirə Babayeva (61 kq) və Nicat Xankişiyev (56 kq) bürünc medala sahib olublar.

İdman 2022-09-30 03:27:00