×
A
A
A
Sazlamalar

Tərtərdə şəhid ailələri ziyarət olunub

Tərtər, 29 sentyabr, AZƏRTAC

Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Ayşad Əzizovun, Xəyal Aslanovun, Elməddin Əliyevin, Eşqin Hüseynovun, eləcə də Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olmuş Sabit Əsədovun, Xaliq və Elşən Abbasov qardaşlarının ailələrini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlər zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu qarşısında tab gətirməyən təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq yaşayış məntəqələrimizi atəşə tutub, nəticədə dinc sakinlər həlak olub, yaralanıblar.
Şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Regionlar 2022-09-29 22:16:00