×
A
A
A
Sazlamalar

Novxanı kəndində yerləşən oteldə yanğın baş verib

Bakı, 29 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində yerləşən oteldə yanğın olması barədə məlumat daxil olub.
AZƏRTAC nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Hadisə 2022-09-29 20:31:00