×
A
A
A
Sazlamalar

Şəhid Cavidan Bədəlov və şəhid Nail Abbaslının ailələri ziyarət olunub

Bakı, 29 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elnur Səfərli sentyabrın 12-dən 14-dək Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Cavidan Bədəlovun İsmayıllı rayonunda və Nail Abbaslının Oğuz rayonunda yaşayan ailələrini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, E.Səfərli ailələrin sosial vəziyyəti ilə maraqlanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirləri mütəmadi həyata keçirilir. Bu kateqoriyadan olan şəxslər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
Həmçinin şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, xatirələrinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Şəhid ailələri onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər.

Sosial 2022-09-29 19:06:00