BDU ilə ICESCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şəriflə görüşüb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə rektor Elçin Babayev qeyd edib ki, əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Rektor BDU-nun ICESCO ilə əlaqələrə xüsusi önəm verdiyini bildirib. O, BDU-da Azərbaycanda ICESCO-nun ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrasının yaradılmasının əməkdaşlığın davamı üçün möhkəm körpü rolunu oynadığını vurğulayıb.
Rektor BDU-da akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirakına görə qonağa təşəkkür edib.
Məhəmməd Şərif yüksək səviyyədə təşkil olunmuş konfransın kimya elminin inkişafına və bu sahədə beynəlxalq əlaqələrə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.
Görüşdə BDU ilə ICESCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır