×
A
A
A
Sazlamalar

Piyada keçidlərində hərəkətin təhlükəsizliyi artırılır

Bakı, 29 sentyabr, AZƏRTAC

Dayanıqlı şəhər mobilliyi prinsiplərindən çıxış edərək Bakı şəhərində piyadalar üçün təhlükəsiz hərəkət mühitinin formalaşdırılması, bu məqsədlə uyğun infrastrukturun yaradılması ilə bağlı tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə eynisəviyyəli piyada keçidlərində hərəkət təhlükəsizliyi daha da artırılır. Belə ki, paytaxtın iki əsas prospektini əlaqələndirən, nəqliyyatın intensiv hərəkətinin müşahidə olunduğu Müzəffər Nərimanov küçəsində piyada adacıqları inşa edilib və eynisəviyyəli piyada keçidlərini işıqlandırmaqla piyada təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırılıb.
Ümumilikdə Bakı şəhərinin inzibati ərazisində 31 ədəd eynisəviyyəli piyada keçidinin bu formada işıqlandırılması təmin olunub. Analoji layihələr davamlı olaraq icra edilir.

Nəqliyyat 2022-09-29 18:49:00