×
A
A
A
Sazlamalar

Sarvat Rauf: Dağıdılmış yerləri, xüsusilə də məscidləri görmək mənim üçün çox ağırdır

Şuşa, 29 sentyabr, AZƏRTAC

Azərbaycana gələnlərin Şuşanı ziyarət etməsini tövsiyə edərdim. Çünki bu ərazilər çox gözəldir. Azərbaycana gələnlər bu ərazilərə mütləq baş çəkməlidirlər.
Bunu AZƏRTAC-a açıqlamasında ABŞ-ın Corc Vaşinqton Universitetinin Elliott Beynəlxalq Münasibətlər Məktəbinin elmi işçisi Sarvat Rauf deyib.
“Dağıdılmış yerləri, xüsusilə də bəzi məscidləri, dini məkanları görmək mənim üçün çox ağırdır. Düşünürəm ki, hətta müharibənin də normaları var. Odur ki, başqa dövlətlə münaqişədə diqqətli olmaq lazımdır. Burada baş vermiş hadisələr bir ölkənin digər ölkəyə real hərbi təcavüzünü nümayiş etdirir”, - deyə S.Rauf bildirib.

Regionlar 2022-09-29 18:33:00