Məhəmməd Şərif: BDU ilə ICESCO-nun əməkdaşlıq perspektivləri parlaqdır
Bakı, 29 sentyabr, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransla bağlı təəssüratlarını bölüşüb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Məhəmməd Şərif qeyd edib ki, konfransda kimya elminin müxtəlif aspektlərinə və aktual problemlərinin həllinə dair məruzələr dinlənilir. “Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alimlərlə təcrübə mübadiləsi aparılacaq. Hər şey möhtəşəmdir. Konfransın kimya elminin inkişafına böyük töhfələr verəcəyinə əminəm”, - deyə Məhəmməd Şərif bildirib.
O vurğulayıb ki, BDU ilə ICESCO arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq var. BDU-da elmi texnologiya əsaslı ICESCO-nun Biotibbi materiallar kafedrası fəaliyyət göstərir. Həmçinin ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” adlı beynəlxalq seminarı da BDU-da keçirilib. BDU ilə ICESCO-nun gələcək əməkdaşlıq perspektivləri də parlaqdır.
Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramları təqdim olunub
Əqli Mülkiyyət Agentliyində təlim kursunu uğurla başa vuran iştirakçılara sertifikatlar verilib
Tarix Muzeyinin etnoqrafik kolleksiyasından - qanovuz pərdə
Akademik Zərifə xanım Əliyevanın biblioqrafik göstəricisi hazırlanıb
Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib