×
A
A
A
Sazlamalar

Xalq artisti Əliağa Ağayevin həyat və fəaliyyətinə həsr edilmiş videoxülasə hazırlanıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən Xalq artisti Əliağa Ağayevin həyat və fəaliyyətinə həsr edilmiş videoxülasə hazırlanıb.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, videoxülasədə görkəmli səhnə ustası, Azərbaycanın Xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Əliağa Ağayevin həyat və yaradıcılığına aid olan və sözügedən arxivin fondlarında mühafizə edilən bir sıra fono və videosənədlərdən istifadə olunub, görkəmli sənətkarın müsahibələrinə, sənət dostlarının onun haqqında xatirələrinə yer verilib.
Sözügedən videoxülasə ilə Milli Arxiv İdarəsinin rəsmi yutub səhifəsindən tanış olmaq mümkündür.

 

Mədəniyyət 2022-09-29 17:32:00