×
A
A
A
Sazlamalar

26 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin əməkdaşları respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 39 ticarət müəssisəsi və 29 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 26 müəssisədə nöqsanlar müəyyən edib. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 25, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 11 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilən müəssisələrin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq olar: http://afsa.gov.az/az/media/news_details/3384



 

 

 

Sosial 2022-09-29 17:09:00