×
A
A
A
Sazlamalar

Sentyabrın 29-da Azərbaycanda COVID-19 əleyhinə 1049 doza vaksin vurulub

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1049 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 385, ikinci doza vaksinlərin sayı 158, üç və daha çox doza vaksinlərin sayı 437, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 69-dur.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 889 min 515, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 381 min 575, ikinci mərhələ üzrə 4 milyon 867 min 386, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 378 min 878, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 676-dır.

Səhiyyə 2022-09-29 16:43:00