×
A
A
A
Sazlamalar

Yanğından mühafizə hissələrinin qüvvələri təlimlərə cəlb olunub

Xaçmaz, 29 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yerləşən Yanğından mühafizə hissələrinin qüvvələri təlimlərə cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrlə mübarizə üzrə qüvvələrin koordinasiyalı fəaliyyətinin daha da təkmilləşdirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı şəxsi heyətin bilik və bacarıqlarının artırılmasıdır.
Təlim zamanı “hündürmərtəbəli binada köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin” xüsusi xilasetmə vasitələri ilə təxliyəsi və baş vermiş yanğının söndürülməsi əməliyyatları icra edilib, qarşıya qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib.
Sonda şəxsi heyətin fəaliyyəti təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Regionlar 2022-09-29 16:27:00