×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində olub

Tbilisi, 29 sentyabr, AZƏRTAC

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 29-da Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim və Tədris Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə mərkəzin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim edilib.
Sonra nümayəndə heyəti “Delta” Elmi Hərbi-Texniki Mərkəzini ziyarət edib.
Mərkəzdə istehsal edilən hərbi texnika və avadanlığa baxış keçirilib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Ordu 2022-09-29 16:20:00