×
A
A
A
Sazlamalar

"Şuşa söhbətləri" layihəsinin növbəti görüşü keçiriləcək

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin "Şuşa İli" ilə əlaqədar təşkil etdiyi "Şuşa söhbətləri" (Şuşa talks) layihəsinin növbəti görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, görüşdə kino sənayesinin nümayəndələri, tanınmış kinoşünaslar, rejissorlar, aktyorlar, eləcə də bloger və influenserlərin iştirakı ilə "Tarixi zəfərimizə və mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş ekran əsərləri" mövzusu müzakirə olunacaq.

Mədəniyyət 2022-09-29 14:50:00