×
A
A
A
Sazlamalar

"Boyundakı Anna" əsəri haqqında videoçarx hazırlanıb


Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı G.Qəniyeva A.P.Çexovun "Boyundakı Anna" əsəri haqqında videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda əsər haqqında geniş məlumat verilib. Videoçarxda vurğulanıb: “1895-ci ildə yazılan "Boyundakı Anna" hekayəsində insan təbiətinin yaşayış şəraitinin təsirləri sayəsində necə dəyişə biləcəyi barədə çox aydın şəkildə əks etdirilib. Müəllif bu əsərində baş qəhrəman Annanın simasında şəxsiyyətin deqradasiyasını göstərib. Anna əlli iki yaşlı varlı məmurla evlənir. O, ailəsini yoxsulluqdan xilas etmək üçün bunu etmək qərarına gəlib. Hekayənin dərinliyi və onun mahiyyəti kulminasiya nöqtəsində tam şəkildə açılıb. Müəllif oxucuya aydın şəkildə çatdırıb ki, Anna üçün həyatın mənası bahalı geyimlərdə və israfçı zəngin insanların dəbdəbəli mühitindədir”.

Mədəniyyət 2022-09-29 14:12:00