×
A
A
A
Sazlamalar

Kitabxanada növbəti tədbir - Qələbəyə aparan yol

Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Qələbəyə aparan yol" adlı tədbir təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin tanıdılması, vətənpərvərlik örnəyi olaraq qazilərlə gənc nəsil və ictimaiyyat arasında görüşün təşkili və tariximizə qızıl hərflərlə yazılmış Zəfərə aparan yolun təbliğidir.
Tədbirdə həmçinin istedadlı və bacarıqlı oxucuların işğaldan azad edilmiş torpaqlarımıza həsr etdikləri əl işləri nümayiş olunub. Məktəbli oxucular isə öz növbəsində Vətən müharibəsinə və şəhidlərə həsr edilən şeirlər səsləndirib və kompozisiyalar təqdim ediblər.

Mədəniyyət 2022-09-29 12:50:00