×
A
A
A
Sazlamalar

Al Paçinonun yeni layihəsi: "Billy Knight"

Bakı, 29 sentyabr, AZƏRTAC
Hollivudun kino ulduzu Al Paçino “Kinoya sevgi məktubu” kimi qələmə verilən “Billy Knight” adlı filmdə baş rola çəkiləcək.
AZƏRTAC xəbər verir ki, ekran əsərinə həmçinin “Qəribə şeylər” filmi ilə tanınan məşhur britaniyalı aktyor Çarli Hilton və “Kitab ağlı” filminin ulduzu Diana Silvers də yer alıb.
“Billy Knight” ekran işi öz filmlərini çəkmək istəyən magistr tələbələri Aleks (Hiton) və Emilinin (Silvers) motivasiya dolu həyat mübarizəsinə diqqət yetirir.
Filmdə kino biznesində uğur qazanmaq istəyən Aleksin uğursuz ssenarist kimi tanınan atasının ölümü ona dərindən təsir edir. Aleksin atasından qalan tək şey yarımçıq bir qutu yazı və üzərində “Billy Knight” yazılmış dəsmal idi. Bu ipucları vasitəsilə o, sirli “Billy Knight”ı tapmaq üçün macəra axtarışına çıxır.
“Billy Knight” kinoya sevgi məktubudur, bu böyük bir sənət növünün tarixinə köklənmiş bir fantaziyadır. Bənzərsiz Al Paçinoya və inanılmaz istedadlara malik Çarli Hilton və Diana Silversə sahib olmaq gerçəkləşən bir xəyaldır”,- deyə rejissor Alek Rot bildirib.
Ekran əsərinin çəkilişləri bu həftə Los-Ancelesdə başlayacaq.

Mədəniyyət 2022-09-29 12:44:00