×
A
A
A
Sazlamalar

Şəhid Rəfael Fətullayevin ailəsi ziyarət edilib

Bakı, 29 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan əsgər Fətullayev Rəfael Rüfət oğlunun Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər.
Nazirliyin əməkdaşları ailənin sosial-məişət vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının nəticəsi olaraq onlarla bağlı sosial dəstək proqramları icra olunur. Qəhrəman hərbçilərimizin ailələrinin sosial-məişət problemlərinin həlli istiqamətində davamlı addımlar atılır.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, Rəfael Fətullayev 2021-ci ildə hərbi xidmətə gedib. 2022-ci ilin sentyabr ayının 13-də Kəlbəcərdə qəhrəmancasına şəhid olub
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sosial 2022-09-29 11:37:00