MN: Ermənistan müdafiə nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır
Bakı, 28 sentyabr, AZƏRTAC
Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, belə məlumatlar yaymaqla Ermənistan müdafiə nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.
“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”, - məlumatda qeyd edilib.
Vətən müharibəsinin xronikası: 4 oktyabr
“Xəzri-2023” birgə taktiki təliminin məşqləri icra olunub
Ulu Öndərin ilk dəfə prezident seçilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib