×
A
A
A
Sazlamalar

Gəncədə kros qaçışı və turnikdə dartınma hərəkətləri üzrə yarış keçirilib

Gəncə, 28 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Park-Kompleksinin ərazisində “Sağlam bədəndə sağlam ruh” devizi altında kros qaçışı və turnikdə dartınma hərəkətləri üzrə yarışlar keçirilib.
Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yarışda ümumilikdə 50-dən çox iştirakçı mübarizə aparıb.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşı polis polkovnik-leytenantı Etibar Həsənov, "Təhsil" RİM-in Gəncə Şəhər 1 və 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi publik hüquqi şəxsin direktorları Ramil Qasımov və Asif Həsənov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Yarışın sonunda qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıb.

Regionlar 2022-09-28 19:10:00