×
A
A
A
Sazlamalar

“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir

Bakı, 28 sentyabr, AZƏRTAC

Vətən müharibəsinin iştirakçısı, çavuş Xəyal Əhmədovun müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verib.
Qeyd olunub ki, “YAŞAT” Fondu tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Sosial 2022-09-28 18:34:00