×
A
A
A
Sazlamalar

“Araz-Naxçıvan” Sumqayıt təmsilçisi üzərində qələbə qazanıb

Naxçıvan, 28 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan I Divizionunun V turu çərçivəsində “Araz-Naxçıvan” “Sumqayıt-2”ni qəbul edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən oyunda “Araz-Naxçıvan” Sumqayıt təmsilçisi üzərində 4:0 hesablı qələbə qazanıb.
Hesab oyunun 27-ci dəqiqəsində açılıb. Ev sahibinin heyətində Orxan Əliyev fərqlənib. Bundan sonra da hücumlarını davam etdirən “qırmızı-ağlar” Orxan Əliyevlə 42-ci dəqiqədə hesabı 2:0 edib. Görüşün 44-cü dəqiqəsində qonaqlar yenidən mərkəzə dəvət edilib. Bu dəfə Fərid Kərimzadə fərqlənib – 3:0. İlk hissə bu hesabla yekunlaşıb.
İkinci hissədə də oyuna nəzarəti ələ alan “Araz-Naxçıvan” 64-cü dəqiqədə hesabı 4:0 edib. Orxan Əliyev fərqlənməklə het-trikini rəsmiləşdirib. Oyun bu hesabla yekunlaşıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” I Divizionda ötən 5 oyunda 5 qələbə qazanaraq hazırda 15 xalla turnir cədvəlinin lideridir.

Regionlar 2022-09-28 18:14:00