Paytaxtın Üzeyir Hacıbəyli küçəsində velosipedlərin parklanması üçün duracaqlar təşkil olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan “Bakıda velosiped nəqliyyatı” konseptual planına əsasən velosiped yolları və infrastrukturun yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, paytaxtın Üzeyir Hacıbəyli küçəsində velosipedlərin parklanması üçün duracaqlar təşkil olunub. Eyni zamanda, Sahil bağı ətrafında velosiped yollarının qurulması işləri də davam etdirilir. Qeyd edək ki, velosiped duracaqları şəhərin mobillik imkanlarının artırılması ilə yanaşı, həm də velosipeddən istifadəni təşviq edən vasitələrdən biridir.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb