×
A
A
A
Sazlamalar

Azərbaycan-Türkiyə strateji enerji tərəfdaşlığının yeni imkanları dəyərləndirilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan-Türkiyə strateji enerji tərəfdaşlığının yeni imkanları dəyərləndirilib.
AZƏRTAC xəbər verir ki, Energetika naziri Pərviz Şahbazov Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşüb.
“Dostum və qardaşım Fatih Dönmez ilə regional və beynəlxalq əhəmiyyətli Azərbaycan-Türkiyə strateji enerji tərəfdaşlığını Cənub Qaz Dəhlizinin inkişafı, həmçinin elektrik enerjisinin ixracı və tranziti ilə dərinləşdirmək imkanlarını dəyərləndirdik”,- deyə Pərviz Şahbazov bildirib.

 

Energetika 2022-09-28 15:50:00