×
A
A
A
Sazlamalar

Cəbrayılda qanunsuz ov edən şəxs saxlanılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən şəxs aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, keçirilmiş tədbirlərlə Qubadlı rayon sakini Ş.Qəhrəmanov qanunsuz ov edərkən saxlanılıb.
Həmin şəxsə məxsus bir ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb.
Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə 2022-09-28 15:33:00