×
A
A
A
Sazlamalar

“Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği” layihəsi çərçivəsində Avropa şəhərlərinə araşdırma səfəri yekunlaşıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsi çərçivəsində tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Tbilisi, Budapeşt, Berlin, Paris, Roma və Venesiya şəhərlərində ezamiyyətdə olub.
AZƏRTAC xəbər verir ki, F.Xəlilli həmin şəhərlərə Şuşa şəhəri və ətrafının arxeoloji, etnoqrafik, paleoqrafik, numizmatik baxımdan araşdırılması və akademik çevrələrdə mədəni irsin təbliği məqsədilə səfər edib.
Səfər çərçivəsində F.Xəlilli bir sıra görüşlər keçirib, tarixi yerləri ziyarət edib, Qarabağ və Şuşanın tarixi irsinin araşdırılması istiqamətində çoxsaylı arxiv materialları ilə tanış olub.

 

Mədəniyyət 2022-09-28 15:14:00