×
A
A
A
Sazlamalar

Ağsuda yuxarı sinif şagirdləri üçün təlim keçirilib

Ağsu, 28 sentyabr, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyi Ağsu şəhər 1 saylı tam orta məktəbdə X-XI sinif şagirdləri üçün "Təhsil və karyerada kvant düşüncənin rolu" adlı təlim keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 80-nə yaxın şagirdin iştirak etdiyi təlimdə "Kvant düşüncəsinin mahiyyəti və onun təhsil və karyeramızda tətbiqi", "Dəyər, onun mahiyyəti, əlamətləri", "Əsl dəyərlərin müəyyən edilməsi metodikası", "Dəyərlərin müəyyən edilməsi zərurəti", "Hədəfin həyata keçirilməsində dəyərlərin rolu" mövzusunda geniş bilgilər verilib.
Təlim müddətində aktiv və maraqlı sualları ilə seçilən Tuncay Qənbərova hədiyyə təqdim olunub.
Qeyd edək ki, təlim 3D klubunun rəhbəri, Kvant düşüncə təlimçisi, kouçu Cəfər İbadov tərəfindən keçirilib.

Regionlar 2022-09-28 14:30:00