×
A
A
A
Sazlamalar

Şabran sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri qeydə alınıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycanı diyarbədiyar gəzən “Azəriqaz” İB-nin səyyar qəbul otağı növbəti dəfə Şabran sakinlərinin ixtiyarına verilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, müraciətin elə də çoxluq təşkil etmədiyi aksiyada cəmi 6 sakin mikrofon önünə çıxıb. Səsləndirilən istəklərin əksəriyyəti kəndlərin qazlaşdırılması ilə bağlı olub. Sakinlər Ağbaş, Sarvan, Hacıqaraqoçlu, Düzbilici və Xəlfələr kəndlərinin qazlaşdırılmasını xahiş ediblər.
Aksiya zamanı “Azəriqaz”ın Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini bildiriblər.

Regionlar 2022-09-28 14:12:00