Zaqatalada narkotacirdən odlu silah götürülüb VİDEO
Bakı, 28 sentyabr, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan şəxs tutularaq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər də oğurluq və əmlakı qəsdən məhvetmə cinayətləri törətdiyi üçün bir neçə dəfə məhkum olunmuş Sərdar Atayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Həmin ünvandan isə 1 kiloqramdan çox marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO