Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Qəhrəmanımızı tanı!” adlı tədbir təşkil olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar L.və M.Rostropoviçlərin ev-muzeyində “Qəhrəmanımızı tanı!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir muzeyin qarşısında Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən Hərbi Hava Qüvvələri orkestrinin ifasında Dövlət Himninin və “Qələbə” marşının, həmçinin Vətən müharibəsi qazisi, muzeyin əməkdaşı, bəstəkar Vüqar Məmmədzadənin “Zəfər” marşının səsləndirilməsi ilə başlayıb.
Tədbirdə istedadlı musiqiçi, tuba ifaçısı şəhid Tamerlan Mahmudova ithaf olunan qısa film, çıxış etdiyi konsertlərdən videokadrlar nümayiş olunub. Daha sonra isə Prezident təqaüdçüsü, bəstəkar, qazi Vüqar Məmmdəzadəya həsr olunmuş “Bir addım da olsa” filmi təqdim edilib.
Milli musiqi məhsulunun beynəlxalq platformalarda rəqabətliliyinin artırılması müzakirə edilib
“Debüt” Uşaq teatrı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində çıxış edib
Bakı Şəhər Xalq Teatrları Festivalının qalibləri mükafatlandırılıb
“İpək incəsənəti” layihəsinin təqdimatı olub
Əməkdar artist Əyyub Quliyev beynəlxalq müsabiqənin münsiflər heyətində təmsil olunub