"Şəhidlərin xatirəsinə..." adlı Anım Gününə həsr olunmuş konsert proqramı təqdim olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Şəhidlərin xatirəsinə..." adlı Anım Gününə həsr olunmuş konsert təqdim olunub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xalqımızın qəhrəman oğullarının xatirəsinə həsr olunmuş tədbirdə Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının müəllimləri-professorlar, Xalq artistləri Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, dosentlər Züleyxa Abdulla, Nərgiz Salmanlı, Aynur Xəlilova, baş müəllim Sevda Məmmədli, beynəlxalq müsabiqələr laureatı Səbinə Qasımova zəngin ifalarla çıxış ediblər.
Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Antalya Şəhər Teatrı Bakıda çıxış edəcək
Musiqili Teatr dekabr repertuarını təqdim edib
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
Gənclər Kitabxanasında Xalq rəssamı Tahir Salahovun 95 illiyi ilə əlaqədar virtual sərgi hazırlanıb