×
A
A
A
Sazlamalar

Qaraçuxur qəsəbəsində 17 evin su sayğaclarını oğurlayan əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 17 evin su sayğacları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətdən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rauf Hümbətov Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən tədqiqat davam edir.

Hadisə 2022-09-28 12:17:00