×
A
A
A
Sazlamalar

Cənnət məkana çevrilmiş Bakı kəndi - Balaxanıdan reportaj VİDEO

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakının Balaxanı qəsəbəsi dünyanın qədim neft mərkəzi olmaqla yanaşı, həm də qədim tarixə malikdir. Balaxanı adı dünyada ən keyfiyyətli neftin ünvanı kimi göstərilir. Azərbaycanı dünyaya tanıdan ünvanlardan olan bu məkanın ötən əsrin əvvəllərindəki şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görülüb.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının tapşırığı və göstərişi ilə qəsəbədəki tarixi məkanlar bərpa olunub, yollar, küçələr abadlaşdırılıb, kanalizasiya, su xətləri, köhnə dam örtükləri, qapı-pəncərələr yenilənib, qəsəbə yaşıllaşdırılıb. Bir vaxtlar neft gölməçələrinin və zibil poliqonunun yerləşdiyi Balaxanı hazırda simasını dəyişərək, daha çox turistik məkanı xatırladır.
Qədim yaşayış məskənlərindən olan Balaxanı hazırda turistləri özünə cəlb edən gözəl bir məkan çevrilib. İndi bura həm tarixi abidələri, həm də küçələri bəzəyən müxtəlif sənət əsərləri ilə məşhurdur.


 

Mədəniyyət 2022-09-28 12:11:00

Video