×
A
A
A
Sazlamalar

Bülbülün Memorial Muzeyində şəhidlərimizin xatirəsi anılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Bülbülün Memorial Muzeyində Bülbül adına orta ixtisas musiqi məktəbi ilə birgə Anım Günü ilə bağlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Fərqanə Cabbarova 44 günlük Vətən müharibəsinin tarixindən söhbət açıb.
Tədbir Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifaları ilə davam edib.

Mədəniyyət 2022-09-28 11:44:00