×
A
A
A
Sazlamalar

Arif Həşimov: Azərbaycan “Horizon 2020” Tədqiqat və İnnovasiya Proqramında fəal iştirak edir

Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Avropa İttifaqının maliyyələşdirdiyi “Horizon 2020” Tədqiqat və İnnovasiya Proqramında fəal iştirak edir. İndiyə kimi azərbaycanlı tədqiqatçılar bu proqram çərçivəsində fizika, astronomiya, energetika, informasiya texnologiyaları, iqlim dəyişikliyi, ekologiya və digər sahələr üzrə bir sıra layihələr həyata keçiriblər.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimində AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov söyləyib. O bildirib ki, Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunması üçün əsas məsələlərdən biri də ölkəmizdə müvafiq ekosistemin, rəqəmsal infrastrukturun inkişaf etdirilməsi, o cümlədən elm və təhsil sahələrinin informasiyalaşdırılması, elektron elm və təhsilin formalaşdırılmasıdır. Bu istiqamətlərdə ölkəmizdə bir sıra dövlət proqramları qəbul edilib və mühüm nailiyyətlər əldə olunub.
Akademik deyib ki, müxtəlif beynəlxalq təşkilatların elektron inkişaf, elektron infrastruktur indeksləri üzrə hazıladıqları dövri hesabatlarda da Azərbaycanın bu sahədə qabaqcıl yer tutması və ildən-ilə mövqeyini daha da yaxşılaşdırmasını görmək olar.

Texnologiya 2022-09-28 10:53:00