×
A
A
A
Sazlamalar

MİDA satışa çıxarılmış mənzillərin seçimi ilə bağlı statistik məlumatları açıqlayıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində satışa çıxarılmış 815 mənzilin seçimi ilə bağlı statistik məlumatları açıqlayıb.
AZƏRTAC MİDA-ya istinadla xəbər verir ki, vətəndaşlar Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində seçilmiş mənzillərlə bağlı məlumatla https://mida.gov.az/az/statistics/statistics_35/ keçidi vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, MİDA-nın növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 815 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesinə sentyabrın 24-də saat 15:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

 

Tikinti̇ 2022-09-28 11:15:00