×
A
A
A
Sazlamalar

Qəbələdə yaralı hərbi qulluqçuların ailə üzvləri ziyarət olunub

Qəbələ, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-14-də dövlət sərhədində törədilən genişmiqyaslı təxribat zamanı yaralanmış hərbi qulluqçuların ailə üzvlərini ziyarət ediblər.
İcra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayon rəhbərliyi tərəfindən hərbi qulluqçuların ailə üzvləri ilə mənəvi-psixoloji söhbətlər aparılıb, onları narahat edən məsələlər öyrənilib, problemləri ilə maraqlanılıb.
Hərbi qulluqçuların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 

Regionlar 2022-09-28 11:14:00