Milli Arxiv İdarəsində və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxivlərində Anım Günü qeyd olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Milli Arxiv İdarəsində və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxivlərində 27 Sentyabr-Anım Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirib. 44 gün davam edən müharibə Azərbaycanın parlaq Qələbəsi ilə başa çatıb və torpaqlar azad olub.
Vurğulanıb ki, Anım Günü Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək xalqın tarixinə qızıl hərflərlə Zəfər yazmış və türkün gücünü bütün dünyaya nümayiş etdirmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsinin bir nümunəsidir. 27 sentyabr eyni zamanda Zəfər tarixinin başlandığı və bütün türk dünyasının qürurla xatırladığı bir gündür. Bu Zəfər uğrunda şəhidlik zirvəsinə ucalan Vətənin qəhrəman övladlarına Allahdan rəhmət diləyirik.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir