×
A
A
A
Sazlamalar

Akademik: “EaPEC 2022” Azərbaycanda beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə kömək edəcək

Bakı, 28 sentyabr, AZƏRTAC

“EaPEC 2022” Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimində AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov söyləyib.
Qeyd edək ki, GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

Texnologiya 2022-09-28 10:25:00