×
A
A
A
Sazlamalar

Xalqımızın Vətən sevgisi ərazilərimizin işğaldan azad olunmasında mühüm rol oynayıb VİDEO

Xocavənd, 27 sentyabr, AZƏRTAC

Xocavənd rayonu üzrə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib, rayonun Zəfər Şəhidlərinin Xatirə Kompleksinə yürüş təşkil olunub.
Anım mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatların, idarə və müəssisələrin kollektivlərinin əməkdaşları, əmək və müharibə veteranları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanları anıb, Xatirə Kompleksinin önünə gül-çiçək dəstələri qoyublar. Anım tədbirində çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Çıxışlarda qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilib, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulub. Nəticədə hərbi qulluqçularla yanaşı, çoxsaylı dinc sakinlər və uşaqlar həlak olub. Bu təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatına başlayıb və düşməni kapitulyasiya aktına imza atmağa məcbur edib. Ümumiyyətlə, Vətən müharibəsində Azərbaycan xalqının Vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun ali məqsəd naminə həmrəyliyi, Ali Baş Komandanın qətiyyəti Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunmasında mühüm rol oynayıb.

 

Regionlar 2022-09-27 20:01:00

Video