×
A
A
A
Sazlamalar

Neftçalada 27 Sentyabr-Anım Günü qeyd olunub

Neftçala, 28 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Bununla əlaqədar olaraq Neftçala şəhərində, rayonun müxtəlif qəsəbə və kəndlərində Anım Günü geniş şəkildə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.
Əvvəlcə Neftçala şəhərində şəhidlərin məzarı ziyarət olunub. Şəhidlərimizin ruhuna dualar oxunub və məzarları üzərinə tər güllər düzülüb. Onların xatirəsinə rayonun müxtəlif yerlərində ağacəkmə aksiyaları keçirilib.
Tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzində yerləşən Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər. Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Regionlar 2022-09-28 08:51:00