×
A
A
A
Sazlamalar

İzmirdə 27 Sentyabr-Anım Günü ilə əlaqədar mediaya açıqlama verilib

İstanbul, 28 sentyabr, AZƏRTAC

Türkiyənin fərqli bölgələrində 27 Sentyabr - Anım Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, belə mərasimlərdən biri də qardaş ölkənin İzmir vilayətində baş tutub. İzmir Azərbaycan Dərnəkləri Platformu tərəfindən keçirilən tədbirdə mediaya açıqlama verilib.
Dərnəyin rəhbəri və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədrinin müavini Əşrəf Tuna tərəfindən edilən açıqlamada bildirilib ki, böyük türk millətinin tarix boyu keçdiyi sosioloji və siyasi dövrlər dünyada bir-birindən fərqli hadisələrlə müşahidə olunsa da, sonsuza qədər davam edən mübarizəmiz heç bir vaxt dəyişməyib.
Qarabağın işğalının təməllərinin hələ 1920-ci ildə Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə atıldığını deyən Əşrəf Tuna qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra əldə olunan razılaşmaya baxmayaraq, Ermənistan hələ də Azərbaycana qarşı təxribatlar törədir. Qarabağdakı məğlubiyyətindən dərs almayan Ermənistan bir dövlət olaraq idarəçiliyin nə olduğunu hələ də başa düşməyərək havadarlarının əlində oyuncaq olmağa davam edir.
Tədbirdə “Qarabağ Azərbaycandır” şüarları səsləndirilib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Cəmiyyət 2022-09-28 03:20:00