×
A
A
A
Sazlamalar

Azərbaycanın U-16 komandası yoldaşlıq oyununda türk həmyaşıdlarına məğlub olub

Bakı, 27 sentyabr, AZƏRTAC

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilən oyun 3:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Millimizin heyətində 72-ci dəqiqədə Sadiq Məmmədli fərqlənib.
Komandalar arasında növbəti qarşılaşma sentyabrın 29-da keçiriləcək.

İdman 2022-09-27 22:37:00